İmam Hatip tərəfdarlarını təhqir etdiyi iddia edilən müğənni Gülşən barəsində hökm çıxarılıb.
"Unikal" xəbər verir ki, türk müğənniyə 10 ay həbs cəzası verilib.
İstanbul 11-ci Asliye Cəza Məhkəməsi tərəfindən mühakimə olunan sənətçi haqqında hökmün açıqlanması təxirə salınıb.
Qeyd edək ki, konsertində imam hatip tərəfdarlarının ünvanına söylədiyi sözlərə görə məhkəmə qarşısına çıxarılan Gülşən ötən ilin avqust ayının 25-də həbs edilib, daha sonra sərbəst buraxılmışdı.
Ağarza Elçinoğlu