27 yaşlı qadının yoxa çıxması ilə bağlı xəbər alan Los-Anceles polisi dünyaca məşhur Hollivud ulduzu Keanu Reevesin Kaliforniyadakı evinə basqın edib.
"Unikal" xəbər verir ki, Reeves itkin düşdüyü iddia edilən qadınla bağlı heç bir məlumatının olmadığını bildirib. Bir müddət sonra həqiqət üzə çıxıb və polisin səhvən Keanu Reevesin evinə basqın etdiyi öyrənilib.
Bildirilir ki, aktyorun evinə gələn polislərə qarşı son dərəcə nəzakətli davrandığı, hər suala səmimi cavab verdiyi və evində axtarış apararkən heç bir problem yaratmadığı da öyrənilib.