“Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycan üzrə şərhçi aparıcı Azər Süleymanlıya həvalə edilib.
"Unikal" xəbər verir ki, bu barədə aparıcı instaqramda məlumat yayıb.
Qeyd edək ki, “Avroviziya 2023” mahnı müsabiqəsi bu il 9-13 may tarixlərində ötən il qalib gəlmiş Ukrayna adından Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək. Azərbaycanı “Avroviziya-2023”də “Tell me more” mahnısı ilə Tural və Turan Bağmanov qardaşları təmsil edəcək.