"It's in his kiss" qrupunun solisti Linda Lyuis vəfat edib.

"Unikal" xəbər verir ki, beş oktava səs diapazonu ilə tanınan britaniyalı ifaçı ötən gün evində 72 yaşında dünyasını dəyişib.

Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Linda 1970-ci ildə "Glastonbury" festivalında debüt edib.