Hollivud ulduzu Conni Deppin keçmiş həyat yoldaşı, amerikalı aktrisa Ember Hörd Hollivudu tərk edib.

"Unikal" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Bildirilib ki, aktrisa Madridə köçüb. Aktrisa ötən ilin iyulunda Kaliforniyadakı evini 1,1 milyon dollara satıb. O, bir neçə gün əvvəl qızı Una ilə İspaniyada parklardan birində görüntülənib.