Aparıcı Hacı Nuran Hüseynov mərhum Siyavuş Aslanın vəfat edən oğlu Çingiz Aslanovla fotolarını paylaşıb.
"Unikal" xəbər verir ki, Hacı Nuran Çingiz Aslanovla bir müddət əvvəl görüşdüyünü bildirib:
"O da bu sınaqdan çıxa bilmədi. Bəlkə də xarakteri, bəlkə də ətrafındakı dostları oldu günahkar, bunu müzakirə etmək, ya da kimisə qınamaq bizə düşməz. Əgər əlimizdən gəlirsə kömək edək, olmursa qınamayaq. Çünki qınayan insan sabah öz başına nələrin gələcəyindən xəbərsizdir.
Çingiz Aslan evsiz və xəstə idi. Məskəni canı qədər sevdiyi Bakı küçələri idi. Yay-qış o bu küçələrin əbədi sakini idi. Bir müddət öncə onunla görüşdük, danışdıq, maddi-mənəvi ona köməklik etdik. Amma..."