Türkiyənin "Show TV" ekranlarında böyük maraqla izlənilən "Ailə" serialının çəkiliş meydançasında qəza baş verib.
"Unikal" xəbər verir ki, hadisə nəticəsində set işçiləri yaralanıb.
Sosial media hesabından açıqlama verən "Ay Yapım" çəkiliş meydançasında baş verən dəhşətli qəzanı izah edərək, araşdırmaya başladığını açıqlayıb. Şirkətindən verilən açıqlamada: ""Ailə" serialımızın 11-ci bölümünün təsiri ilə final səhnəsinin çəkilişləri zamanı üzücü hadisə baş verdi. Bəzi həmkarlarımız yaralanıb. Hadisə ilə bağlı araşdırma başlanmışdır”, - qeyd olunub.
Bildirək ki, ekran işində Kıvanç Tatlıtuğ, Serenay Sarıkaya, Canan Ergüder, Nur Sürer, Nejat İşler və Yüsra Geyik kimi adlar yer alır.