Sonuncu dəfə "Yargı" serialında rol alan aktyor Muttalip Müjdecinin yeni layihəsi bəlli olub.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "İki yabancı" serialında rol alacaq. O, layihədə Erçəlin atası "Reşad" obrazına həyat verəcək.
Qeyd edək ki, serialın baş rollarını Hande Erçellə Burak Dəniz canlandıracaq.