10 may 2023-cü il tarixində Gəncə şəhərinin Heydər Əliyev adına “Park-Xiyaban” Kompleksində (“Zəfər Tağı”nın qarşısı) Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş bayram konserti keçirilib.

"Unikal" xəbər verir ki,  türkiyəli müğənni Rafet El Roman konsert proqramında iştirak edib. 

Belə ki, müğənni Gəncədə böyük coşqu ilə qarşılanıb. Rafet El Roman həmin anları sosial şəbəkə hesabından paylaşaraq,  onu dinləməyə gələnlərə təşəkkür edib.