"Elxan Qasımovun vəziyyəti stabil ağır olaraq qalır. Daxili qanaxma səbəbindən təcili xəstəxanaya yerləşdirilib".
Bunu "Unikal"a açıqlamasında Əməkdar artist Elxan Qasımovun qızı Kəmalə Qasımova deyib.
"Atamın vəziyyəti ağır olduğundan həkimlər dərhal əməliyyat edib. Hazırda reanimasiyadadır" deyə, qızı bildirib.
Xatırladaq ki, 78 yaşlı aktyor Elxan Qasımov tamaşaçılara “Əhməd haradadır” filmindən “şofer Əhməd” rolu ilə tanınır.
Gülayə Mecid