Dünyaca məşhur müğənni Rihanna və A$AP Rocky cütlüyü bir il əvvəl dünyaya gələn oğullarının adını ilk dəfə açıqlayıb.

"Unikal" xəbər verir  ki, cütlük körpələrinə RZA Athelston Mayers adını verib.

Rihanna "İndependent"də müsahibəsində 13 may 2022-ci ildə dünyaya gələn körpənin adı hip-hop qrupu Wu-Tang Clan-ın solisti RZA-dan gəldiyini bildirib. Müğənni oğluna qarşı qoruyucu mövqe tutduğunu və körpəsi ilə bağlı məlumatları ictimaiyyətdən gizlətdiyini də  vurğulayıb. 

Gülayə Mecid