İtaliyalı rəssam, kinorejissor və modelyer Virciniya fon Furstenberq vəfat edib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 48 yaşlı dizaynerin cansız bədəni Meranodakı otellərin birində tapılıb.
İlkin rəylərə görə onun intihar etdiyi ehtimal olunur.
Qeyd edək ki, Virciniya 1974-cü ildə Genuyada Şahzadə Sebastian zu Furstenberq və Elizabeta Quarnatinin ailəsində anadan olub. O, "Virginia Von Zu Furstenberg" moda brendinin yaradıcısıdır.