"TRT 1", "Atv", "Kanal D", "Star" kanallarının yayımında dəyişiklik yaşanıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən kanallarda Bakı vaxtı ilə saat 23:00-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı nümayiş olunacaq.

Bu səbəbdən "Star"ın "Yalı çapkını", "TRT1"in "Barbaros Hayreddin:Sultanın fermanı", "Atv" kanalının isə "Ateş kuşları" serialı yayımdan qaldırılıb.

"Show" telekanalı isə "Kızılcık şerbeti"nin yeni bölümünü izləyicilərə təqdim edir.