"Evimdə məni ziyarət edəcək qədər mehriban insan olmasına baxmayaraq, Baydenin bu bəyanatı verməsi məni incidir"
"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli kanallara müsahibəsində bildirib.
"Kampaniya öncəsi Baydenin açıqlamaları variydi. Nə idi onlar? Ərdoğanın aradan götürülməsi. Bayden guya mənimlə şəxsi münasibəti olan birisidir. Nə yazıq ki, belə amansızca açıqlama verdi. Dil sürüşməsi deməyəcəyəm. Bu açıqlamadan sonra dəfələrlə bir araya gəlmişik.Özünə soruşduqda yan getməyə başladı. Çıxdı bu dəfə Bay Bay Kamal Rusiyanı ittiham etdi. Mətbuat katibi Peskov "İsbatlanması lazımdır"dedi. İsbatlaya bilməsə bunu altından qalxa bilməz. Əgər mən siyasətçiyəmsə ortaya bir sey qoymaq lazımdır. Kamal sən siyasətçi ola bilmədin. Səndən dövlət adamı olmaz. Sən kimsən ki, Rusiyaya sanksiya tətbiq edirsən? Mən Rusiya ilə dostam, ABŞ-la dostam, Qərbdə bizə kin-küdurətlə yanaşanlarla da dostam. Hamı ilə yaxşı münasibət saxlayacaqsınız. Hər gün lazım olacaq" - deyə prezident bildirib.