"Biz LGBT-nin müdafiəsi və yayılmasına qarşı mübarizəmizi sona qədər davam etdirəcəyik, mövqeyimiz aydındır"
"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli televiziyaların suallarını cavablandırarkən deyib.
"Bu sualın əxlaqi, vicdan, dini dəyərlər baxımından yeri var. Hər kəsin fərqliliyə qarşı xüsusi bir düşmənçiliyinin olması mümkün deyil. Amma ailə quruluşumuzu qorumaq bizim də borcumuzdur. LGBT tipli hərəkatların fərdlərin öz aləmində yaşadıqları pozğunluqdan dayaqlara çevrilməsi milli varlığımızı təhdid edir. Biz buna haqq qazandırmağa imkan verməyəcəyik. AK Partiya olaraq LGBT-nin müdafiəsinə və yayılmasına qarşı mübarizəmizi sona qədər davam etdirəcəyik. Bizim mövqeyimiz belə aydındır" -deyə ölkə başçısı qeyd edib.