Romada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski İtaliya Prezidenti Sercio Mattarella və bu ölkənin Baş naziri Corciya Meloni ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.
***17:06
Ukrayna prezidenti Volodimir Zelenski İtaliyanın baş naziri Corciya Meloni və Roma Papası I Fransisk ilə danışıqlar aparmaq üçün Romaya gəlib.
"Unikal" xəbər verir ki, bu barədə Zelenski "Twitter"də paylaşım edib.
"Bu gün Romadayam. Mən İtaliya prezidenti Sercio Mattarella, İtaliyanın baş naziri Corciya Meloni və Roma Papası ilə görüşəcəyəm. Ukraynanın yaxınlaşan qələbəsi üçün vacib səfər!" - o, qeyd edib.