"Ermənistanın təhlükəsizliyini təmin etməli olan mexanizmlər iflasa uğradı, yeniləri yaradılmadı. Bu böhrandır.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın təhlükəsizlik katibi Armen Qriqoryan "Novaya qazeta Europe" nəşrinə müsahibəsində deyib.
O, respublikanın xarici siyasəti, xüsusən də Rusiya ilə münasibətləri barədə fikirlərini bildirib: "2018-ci ildə Ermənistanda inqilab baş verəndə dedik ki, bu, daxili demokratik prosesdir və xarici siyasətə heç bir təsiri olmayacaq. Biz Rusiya ilə işləməyə davam etdik, lakin bu da bizim təhlükəsizliyimizə zəmanət vermirdi. 2020-ci il müharibəsində Ermənistan Rusiyadan sifariş verdiyi və pulunu ödədiyi silahları ala bilməyib", - deyə o bildirib.
Ağarza Elçinoğlu