"Fox" kanalında yayımlanan "Yasak elma" serialının finalında dəyişiklik edilib.

"Unikal" xəbər verir ki, 178-ci bölümdə final etməsi gözlənilən ekran işi daha erkən, 177-ci bölümdə izləyicilərlə vidalaşacaq.

Qeyd edək ki, 6 mövsümdür davam edən serialın baş rollarını Eda Ece, Şevval Sam, Biran Damla Yılmaz canlandırır.