"Star" kanalında yayımlanan "Yalı çapkını" serialında ayrılıq yaşanacaq.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işinə "Hattuç" obrazına həyat verən aktrisa Şerif Sezer vida edəcək. O, mövsüm finalında layihədən ayrılacaq.
Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğluyla Mərt Ramazan Dəmir canlandırır.