"Kanal D" kanalında yayımlanan "Kraliçe" serialı ilə bağlı final qərarı verilib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işi 11-ci bölümdə final edəcək.

Buna səbəb isə layihənin ilk bölümdən reytinqlərinin aşağı olmasıdır.

Qeyd edək ki, serialın baş rollarını Gökhan Alkanla Burcu Özbərk paylaşır.