Britaniyalı yazıçı Martin Emis 73 yaşında qida borusu xərçəngindən vəfat edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı, yazıçı İzabel Fonseka məlumat verib. Ədəbiyyatşünas Florida ştatının Leyk-Uort şəhərindəki evində həyatını itirib.
25 avqust 1949-cu ildə Buker mükafatı laureatı yazıçı və ədəbiyyatşünas Kinqsli Emisin oğlu olaraq doğulan Martin Emis özünün qeyri-adi yazı metodu və kəskin, acı yumorla zəngin olan əsərlərinin köməkliyi ilə müasir dünya ədəbiyyatının mərkəzi fiqurlarından biri olmağı bacarıb.
Qeyd edək ki, 2008-ci ildə “The Times” qəzeti Martin Emisi əsərlərinə görə 1945-cü ildən sonrakı Britaniya ədəbiyyatının əlli ən yaxşı yazıçılarından biri adlandırıb.