Portuqaliyalı hücumçu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" futbol klubundan ayrılmaq istəyir.
"Unikal" xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Məlumata görə, forvard Səudiyyə Ərəbistanını müasir cəmiyyətdən uzaq hesab edir. Onun Avropa klublarına qayıtmaq istədiyi bildirilir.
Qeyd olunub ki, 38 yaşlı idmançının kluba uyğunlaşması dil baryeri və ölkədəki həyatın xüsusiyyətlərinə görə çətinləşir.
Ağarza Elçinoğlu