"Rəsmi Kreml Azərbaycan və Ermənistan liderlərinin mayın 25-də Moskvada keçiriləcək görüşlərinin effektli olacağına ümid edir".
"Unikal" xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan, Rusiya və Ermənistan liderlərinin mayın 25-də Moskvada planlaşdırılan görüşünü şərh edərkən deyib.
“Cümə axşamı həm prezident Əliyev, həm də baş nazir Paşinyan burada olacaq. Biz prezidentimizlə təmasların olacağını gözləyirik. Bu təmaslara hazırlıq gedir və təbii ki, biz nəticələrə ümid etmək istərdik. Səmərəlilik nə dərəcədə olacaq - bunu zaman göstərəcək "deyə Peskov bildrib.