Ermənistan parlamentində növbəti dəfə dava düşüb.
"Unikal" xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Bildirilir ki, dava “Hayastan” fraksiyasının deputatı Artur Sarkisyanın çıxışı zamanı hakimliyə namizəd Armen Danielyana qarşı ittihamlar səsləndirməsindən sonra başlayıb.
Qeyd edək ki, Armen Danielyan hazırda Ermənistan Apellyasiya Cinayət Məhkəməsinin hakimidir.
Parlamentin spikeri Alen Simonyan “Hayastan” partiyasından olan deputat Artur Sarkisyanın zaldan çıxarılmasını təhlükəsizlik xidmətindən xahiş edib.
Gülayə Mecid