Mətin Kərimli Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri təyin olunub.

Bu barədə "Unikal"a Nazirlikdən məlumat verilib.

2014-2020-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olan Mətin Kərimli 2020-ci ilin yanvar ayından Beynəxalq Əmək Təşkilatının Sakit okean hövzəsi ölkələri üzrə ofisinin direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Mətin Kərimli Ali Məhkəmənin sədri İnam Kərimovun qardaşıdır.