Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri!

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi, ölkənizin daha də inkişafı naminə ən xoş arzularımı çatdırmaq istərdim.

Fürsətdən istifadə edərək, Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında dostluq münasibətlərinin ölkələrimizin rifahı naminə bundan sonra da inkişaf edəcəyinə qəti inamımı bildirirəm.

Zati-aliləri, Sizə dərin ehtiramımı çatdırıram".

***14:36

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Zati-aliləri Prezident İlham Əliyev!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Bəhreyn Krallığının xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuram.

Ulu Tanrıdan Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah nəsib etməsini diləyirik.

Zati-alinizə ən yüksək ehtiramımı çatdırıram".

***

San-Marino Respublikasının Kapitan-Regentləri Alessandro Skarano və Adele Tonnini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

Məktubda deyilir:

"Zati-aliləri!

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına San-Marino xalqı adından və şəxsən öz adımızdan səmimi təbriklərimizi çatdırmaq istərdik.

Zati-alilərı, bu əlamətdar bayram münasibətilə Sizin şəxsi uğurlarınız və bütün Azərbaycan xalqının firavan gələcəyi ilə bağlı ən xoş arzularımızı bildirir, yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik".