Almaniya hökuməti, Bundesver və hava operatorları iyunun 12-dən 23-dək NATO-nun "Air Defender 23" adlı təlimi ilə əlaqədar mümkün uçuşların ləğv edəcək.

"Unikal" xəbər verir ki, “Air Defender 23” çoxmillətli təlimləri zamanı 25 ölkə bütün Avropada birgə hava əməliyyatları hazırlamalı olacaq. Almaniya Hərbi Hava Qüvvələrinin komandanlığı altında 220 təyyarədə (onlardan 100-ü ABŞ-dan olan) manevrlərin 10 000-ə qədər iştirakçısı təlim keçəcək. Təlim Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinə uyğun olaraq yardım ssenarisi əsasında modelləşdirilmişdir.

Təlimlər əsasən Almaniyanın hava məkanında keçiriləcək.