İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

"Unikal"ın məlumatına görə bu gün saat 12:30 radələrində İsmayıllı-İvanovka yolunda 31-BH-341 dövlət nömrə nişanlı "VAZ 2106" markalı minik avtomobili və 90-HE-183 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobili toqquşub. Hadisə zamanı avtomobillərin sürücüləri, rayonun Rusan kənd sakini, 1976-cı təvəllüdlü Məmmədov Fəxrəddin Məhyəddin oğlu və Qalıncaq kənd sakini, İsmayıllı rayon Polis Şöbəsinin post-patrul xidmətinin əməkdaşı, 1995-ci il təvəllüdlü Bəhrəmli Səddam Fərrux oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Şahnəzər Bəşirov