Rusiya Prezidenti Vladimir Putin Rəcəb Tayyip Ərdoğanı yenidən Türkiyə prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Əziz dostum, yenidən prezident seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Biz sizin Rusiya-Türkiyə dostluq münasibətlərinin möhkəmlənməsinə verdiyiniz şəxsi töhfənizi yüksək qiymətləndiririk", – Ərdoğana göndərilən teleqramda deyilir.

***21:01

Macarıstan prezidenti Viktor Orban türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı prezident seçkiləri ilə bağlı təbrik edib.  

"Unikal" xəbər verir ki, bu barədə Macar lider "Twitter" hesabında yazıb. 

O, Ərdoğana şübhəsiz seçki zəfəri münasibətilə təbrik ünvanlayıb. 

Ağarza Elçinoğlu