Bu gün Bakıda taekvondo üzrə 26-cı dünya çempionatının açılış mərasimi olub.

"Unikal" xəbər verir, əvvəlcə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu ilə görüşüblər.

Çunqvon Çu Mehriban Əliyevaya 8-ci dan Fəxri Qara kəmər və sertifikatını təqdim edib.