Liviyada İŞİD terror təşkilatının 23 üzvü edam ediləcək. 

"Unikal" xəbər verir ki, Liviyanın Misrata Apellyasiya Məhkəməsində terror təşkilatı üzvlərinin məhkəməsi keçirilib.

2022-ci ilin avqust ayında başlayan məhkəmə prosesi çərçivəsində əksəriyyəti Sirtdəki qarşıdurmalarda əsir götürülən Liviya, Suriya, Sudan və Misirdən olan 320 nəfər terror təşkilatı İŞİD üzvü olduqları üçün mühakimə olunub.

İş üzrə 23 təqsirləndirilən şəxs barəsində ölüm hökmü, 14 nəfərə ömürlük həbs və vətəndaşlıq hüququndan məhrumetmə cəzası verilib.

Bundan başqa, təqsirləndirilən şəxslərdən biri 12, 6-sı 10, biri 5, biri isə 3 il müddətinə azadlıqdan məhrum edilib.  

Müttəhimlər 2015-ci ildə Sirtdə 21 misirli xristianın öldürülməsi, eyni il Musallata şəhərində bombalı hücum və polis təlim mərkəzinin bombalanması da daxil olmaqla, hamısını İŞİD-in üzərinə götürdüyü bir çox cinayətlərdə mühakimə olunublar.