Türkiyədə zəncirvari qəza olub.

"Unikal" NTV-yə istinadən xəbər verir ki, hadisə Tarsus-Adana-Qaziantep avtomobil yolunda baş verib. Qəzada 2 nəfər ölüb, 20 nəfər yaralanıb.

Qəza səbəbindən 5 kilometrə yaxın tıxac yaranıb. Hadisə yerinə çox sayda təcili yardım və polis qrupları sövq edilib.