ABŞ-ın Kaliforniya ştatında yaşayan 12 yaşlı Klovis Hang universitetdən məzun olub.  

"Unikal" xəbər verir ki, Fullerton Universitetini bitirən azyaşlı yerli mətbuata açıqlama verib. 

Hang qrup yoldaşları haqqında, "Onlar mənə kiçik qardaş kimi davrandılar. İndiyə qədər əldə etdiklərimlə həqiqətən fəxr edirəm",- deyə ifadə edib. Məktəbinin ən gənc məzunu olan 12 yaşlı Hang, növbəti məqsədinin 16 yaşında pilot lisenziyası almaq olduğunu söyləyib.