El Salvadorun keçmiş prezidenti Maurisio Funes “quldur dəstələri ilə əməkdaşlıq” ittihamı ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.

"Unikal"  xəbər verir ki, hazırda Nikaraquada yaşayan Funes cəzasını qiyabi şəkildə çəkəcək. 

Qeyd edək ki, 64 yaşlı Funes ekstradisiyadan yayınmaq üçün 2019-cu ildə Nikaraqua vətəndaşı olub. 2009-2014-cü illərdə Salvador prezidenti vəzifəsində çalışmış Funes mənimsəmə, korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunurdu. Funesin 4 müxtəlif cinayət üzrə orderi var. 

Gülayə Mecid