Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən kişilər və qadınlar arsında XXIX Azərbaycan çempionatına yekun vurulub.

Bu barədə "Unikal"a ASAPES-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, 7 komandanın iştirak etdiyi kişilərin mübarizəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası 60 xalla bütün rəqiblərini qabaqlamaqla Azərbaycan çempionatının qızıl medalına layiq görülüb. “Dinamo” 52 xalla 2-ci, “Məhsul” 50 xalla 3-cü yeri tutub.

5 kollektivin mübarizə apardığı qadınların yarışında isə “Azəryol” qızıl, “Qarabağ” gümüş, “İdman Akademiyası” bürünc medala layiq görülüb.