Xəbər verdiyimiz kimi bu gün Səməd Vurğun adına Dövlət Akademik Rus Dram Teatrının heyətini daşıyan avtobus Şəkidə qəzaya düşüb.

"Unikal" xəbər verir ki, qəza ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, bu gün səhər saat 10 radələrində Şəki şəhəri B.Vahabzadə küçəsində  Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının heyətini daşıyan avtobusun sürücüsü manevretmə qaydasını pozduğu üçün avtonəqliyyat vasitəsi ağaca dəyib və nəticədə 2 yan şüşəsi sınıb. 
Qeyd edək ki, hadisə baş verən zaman avtobusda sərnişin olmayıb və sürücü də hər hanısa bir xəsarət almayıb.

16:08

Səməd Vurğun adına Dövlət Akademik Rus Dram Teatrının heyətini daşıyan avtobus Şəkidə qəzaya düşüb.

"Unikal" xəbər verir ki, bu barədə videonu teatrın aktyoru İbrahim Çingiz paylaşıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.