SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Biznesin idarə edilməsi ixtisasının II kurs tələbəsi Nicat Bəndəliyev və təcrübəli iş adamı Səbuhi Kazımzadənin təqdim etdiyi "Documood" startap layihəsi "UNEC Startup İncubator" tərəfindən keçirilən "UNEC Startup Cup 2023"ün qalibi olub. Komanda 20 min manat məbləğində qrant qazanıb. 

"Unikal" xəbər verir ki, BANM tələbəsinin təcrübəli iş adamı ilə birgə həyata keçirdiyi startap müqavilələrin onlayn və təhlükəsiz formada imzalanması xidmətini təklif edir.

Qeyd edək ki, "Documood" KOBİA tərəfindən şəhadətnamə almış 94 startapdan biridir.