Türkiyənin İzmir şəhərinin Berqama rayonunda həbsxanaya məxsus nəqliyyat vasitəsi idarəetməni itirərək dərəyə aşıb.
"Unikal" xəbər verir ki, qəzada 9-u polis əməkdaşı olmaqla 10 nəfərin yaralandığı, onlardan 5-nin vəziyyətinin ağır olduğu deyilir.
Məhkumları həbsxanaya buraxdıqdan sonra geri qayıdarkən sürücü sükanın idarəetməsini itirdiyindən həbsxananın nəqliyyat vasitəsi dərəyə aşıb.
Bergama Dövlət Xəstəxanasında müalicə alan 9 polis əməkdaşından 5-nin vəziyyətinin ağır olduğu deyilir.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.