Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyi Bolqarçay çayında Biləsuvar rayonunun bəzi kəndləri üçün sel təhlükəsinin olması barədə məlumat yayıb.

Məsələ ilə bağlı “Unikal”a açıqlama verən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bildirib ki, sel təhlükəsi qısamüddətli olub:

“Dünən axşam narahatlıq var idi. Bolqarçayın səviyyəsi qalxmışdı. Artıq normasına düşüb, sel təhlükəsi yoxdur. Aidiyyatı qurumlar səfərbər olundu. Vətəndaşlara sel təhlükəsi ilə bağlı xəbərdarlıq edildi. Su mənbəyinə yaxın olan evlərin sakinləri təxliyə edildi. Onu da qeyd edim ki, təxliyə edilən vətəndaşlar səhər saatlarında evlərinə geri dönüblər”.

Murad İbrahimli