"Ölkəmizdə maliyyə intizamının gücləndirilməsinə ehtiyac var".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, Milli Məclisdə komitələr birləşdirilməli, büdcəyə nəzarət komitəsi yaradılmalıdır: "Milli Məclis tərəfindən büdcəyə nəzarət tam təmin edilməlidir. Şəffaflığın artırılması üçün ciddi təkliflər hazırlanmalıdır. Biz yalnız hökumətdən qanun layihələri gözləməməliyik, özümüz qanun layihələri hazırlamalıyıq”.

Q.Həsənquliyev qeyd edib ki, ictimai nəqliyyat bərbad vəziyyətdədir.

Anar Kəlbiyev