Rusiya pilotsuz təyyarələr və dəniz raketlərindən istifadə etməklə Ukraynaya böyük hücuma hazırlaşır.
"Unikal" ukrinform-a istinadən xəbər verir ki, bunu Ukraynanın Cənubi Ukrayna Müdafiə Qüvvələrinin sözçüsü Natalya Qumenyuk deyib.
“Rusiya daim raketdaşıyıcılarını yerləşdirir. İndi üç növbətçi var: bir yerüstü və iki sualtı. Bu, rusların qarışıq tipli sursatlardan istifadə edərək, pilotsuz təyyarə hücumu və raket hücumunu birləşdirərək yenidən gizli hücuma hazırlaşdığını göstərə bilər”, - Qumenyuk qeyd edib.
Onun sözlərinə görə, hava raketlərinin əvəzinə dəniz raketlərinin istifadə olunacağı ehtimalı var.
Seymur Əli