Ukrayna sülh düsturuna həsr olunmuş beynəlxalq sammitin konkret tarixi hələ müəyyən edilməyib.

"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kişinyovda Avropa Siyasi Birliyinin sammiti başlamazdan əvvəl jurnalistlərə açıqlamasında deyib.

"Sülh düsturuna gəlincə, biz indi belə bir sammit təşkil edəcəyimiz mərhələdəyik. Onun keçirilməsi bəzi məsələlərdən asılıdır. Təbii ki, biz istəyirik ki, orada mümkün qədər çox ölkə iştirak etsin. Ona görə də tarix açıqlanmayıb”, - Zelenski bildirib.

Qeyd edək ki, 2022-ci ilin noyabrında Ukrayna prezidenti  “İyirmilik Qrupu” sammitinin iştirakçıları qarşısında çıxışında 10 bəndlik Ukrayna sülh formulasını təqdim edib.

Xirosimada keçirilən G7 sammitində çıxışı zamanı Zelenki iyulda Ukrayna sülh düsturuna həsr olunmuş beynəlxalq sammitin keçirilməsini təklif edib. Danimarka belə bir sammitə ev sahibliyi etməyə hazır olduğunu bildirib.

Gülayə  Mecid