İyunun 1-i saat 18:00-a olan faktiki hava şəraiti açıqlanıb.

Bu barədə "Unikal"a Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Məlumata görə, Naxçıvan, Ordubad, Daşkəsən, Göygöl, Gədəbəy, Füzuli, Laçın, Ağdam, Zəngilan, Şəki, Quba, Lerik, Yardımlı, Lənkəran, Oğuz, Astarada şimşək çaxıb, arabir leysan xaraketrli yağış yağıb.