Cümhuriyyət Xalq Partiyasının İcraiyyə Komitəsinin 17 üzvünün hamısı istefa verdi.

"Unikal" yerli KİV-ə istinadən xəbər verir ki,  bu, Türkiyədə keçirilən prezident seçkilərində müxalifət lideri Kamal Kılıçdaroğlunun məğlubiyyətindən sonra baş verib. 

Xatırladaq ki, ikinci turda Ərdoğan 52 faizdən çox, Kılıçdaroğlu isə demək olar ki, 48 faiz səs toplayıb.