Moldova 87 milyon avro məbləğində hərbi yardım alacaq.
"Unikal" xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell deyib.
O bildirib ki, vəsait müdafiə sektorunda milli təhlükəsizliyin və dayanıqlığın gücləndirilməsinə yönəldiləcək.
Onun sözlərinə görə, Moldova ordusunun maddi-texniki təchizat və təşkilatlanmaya ehtiyacı var.