Hacıqabulda qardaşlar bıçaqlanıb, saxlanılan var.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 1-i saat 23 radələrində Hacıqabul şəhərində şəhər sakinləri Elşən Quliyevin və qardaşı Amidin xəsarət almaları barədə polisə məlumat daxil olub.
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla şəhər sakini Mehman Rzayevin münaqişə zəminində E.Quliyevə və qardaşına xəsarət yetirməsi müəyyən edilib.
Əməliyyat tədbirləri ilə M.Rzayev şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.