"Real Madrid"in hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanı klubuna keçməsi ilə bağlı şayiələrə cavab verib.
"Unikal" xarici KİV-ə istinadla xəbər verir ki, o, yazılanları real adlandırmayıb.
Qeyd edək ki, İspan mətbuatının məlumatına görə, Benzema Səudiyyə Ərəbistanı klubunda iki illik müqavilə ilə 200 milyon avro qazana bilər.
"Hələlik mən buradayam. Sabah məşqə gedirəm, bazar günü oyunum var. Mən işimlə fəxr edirəm və hər məşqdən, hər oyundan həzz alıram və ən əsası həzz almaqdır", - deyə futbolçu bildirib.
Ağarza Elçinoğlu