Faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a bildirilib ki, iyunun 2-si saat 19:00-a olan məlumatına əsasən Daşkəsən, Balakən, Gədəbəy, Gəncədə şimşək çaxıb, arabir yağış yağıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24-27, Aran rayonlarında 28-31, dağlıq rayonlarda 17-19 dərəcə isti qeydə alınıb.

Çaylarda nisbətən sabit sululuq müşahidə olunub, lakin Kür çayının Zərdab məntəqəsində suyun səviyyəsi 5 sm, Qarasuçay-Zərdabda 3 sm, Kür-Surrada 2 sm, Kür çayının Qıraqkəsəmən məntəqəsində isə 1 sm artıb.