İranda məşhur futbol klubunun kapitanı qətlə yetirildi.

"Unikal" xəbər verir ki, Məscid-Süleyman şəhərinin "Neft" futbol klubunun kapitanı Məhəmməd Əmin Homavənd naməlum şəxslər tərəfindən qətlə yetirilib.

Xuzistan əyalətində yerləşən Məscid-Süleyman şəhərinin polis komandiri Baharvəndin sözlərinə görə, səhər saatlarında Məhəmməd Əmin Homavəndin ölümü ilə nəticələnən atışmadan sonra, hadisəni törədənlərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.