Ermənistanın baş naziri Nikol Paşinyan Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edib.

"Unikal" xəbər verir ki, baş naziri prezident kompleksində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qarşılayıb.

***18:00

Ermənistanın baş naziri Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə qatılıb. 

"Unikal" xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyəyə işgüzar səfəri çərçivəsində Paşinyanı parlamentin sədr müavini, Ermənistan-Türkiyə dialoq prosesində Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan müşayiət edir.

Baş naziri Ankaranın “Esenboğa” beynəlxalq hava limanında Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə Türkiyənin xüsusi nümayəndəsi, səfir Serdar Kılıç qarşılayıb.

Qeyd edək ki, bu, Paşinyanın Baş nazir kimi Türkiyəyə ilk səfəridir. 

Ağarza Elçinoğlu